Narışkin: “Rusiyanı böyük gələcək gözləyir”

Dünya

18.03.2024 - 17:11

“Krım və Sevastopol Putini dəstəkləməklə tarixi seçimi təsdiqlədi”

 “Krım və Sevastopol Rusiyada prezident seçkilərində Vladimir Putinə səs verməklə tarixi seçimlərini təsdiqləyiblər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Narışkin bunu Krımın və Sevastopolun Rusiya tərəfindən ilhaqının on illiyi münasibətilə keçirilən “dəyirmi masa” zamanı deyib.

“Bu günlərdə krımlılar və sevastopollular Rusiya prezident seçkilərində Vladimir Putinin namizədliyini inamla dəstəkləyərək tarixi seçimlərini təsdiqləyiblər”, - deyə qeyd edib.

Narışkin əlavə edib ki, Rusiyanı “böyük gələcək gözləyir”.

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, Putin Krımda 93,6 faiz səs qazanıb.

Müəllif: Ayna.az