Müharibə zamanı Ukraynada doğulan uşaqların sayı açıqlanıb

Dünya

02.04.2022 - 06:18

Həkimlər Klinikalar SEO Xidməti

Körpələrlə bağlı məlumatların tam olmadığı bildirilib

Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlayandan bəri Ukraynada 22 minə yaxın uşaq doğulub. AYNA xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda doğulan körpələrlə bağlı məlumatlar tam deyil, çünki müvəqqəti işğal olunmuş ərazilərdən hələlik icra komitələrindən məlumat yoxdur.

“Müharibənin 35 günündə Ukraynamızın müxtəlif yerlərində demək olar ki, 22 min körpə doğulub... Məlumatlar ayrı-ayrı icraiyyə komitələrinin məlumatları nəzərə alınmadan göstərilir. Hazırda onlarda məlumat əldə etmək mümkün deyil”, - nazirliyin məlumatında qeyd edilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş