Podolyak: “Rusiyanın başlatdığı işğalçı müharibənin başa çatması üçün ən real ssenari budur”
“Müharibə Rusiya Federasiyasının məğlubiyyəti ilə başa çatmalıdır”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, 2022-ci il fevralın 24-də Rusiyanın başlatdığı işğalçı müharibənin başa çatması üçün ən real ssenari budur.
Podolyak NATO və Ukraynanın müharibənin inkişafını necə gördüklərini açıqlayıb: “Bu, təxminən üç komponentdən ibarətdir: Qərb Ukraynanı müharibənin müəyyən mərhələsi üçün lazım olan alətlərlə təmin etməli, maddi-texniki məsələləri həll etməlidir, müharibə yalnız Rusiyanın ilk növbədə, 1991-ci il sərhədlərinə çıxışı olan döyüş meydanında məğlubiyyəti ilə başa çatmalıdırılmalıdır. Heç kim şübhə etmir ki, Ukrayna finala - 1991-ci il sərhədlərinə çatmağa hazırdır”.
“Prezident Volodimir Zelenski də bildirdi ki, müharibəyə son qoymağın yeganə yolu Ukrayna Silahlı Qüvvələrinin 1991-ci il sərhədlərinə çatmasıdır”, - deyə Podolyak vurğulayıb.