Moskvadan Putinin həbsi barədə orderə əsəbi reaksiya: “Bizim üçün əhəmiyyətsizdir”

Dünya

18.03.2023 - 13:35

Zaxarova:  “Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır”

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) heç bir qərarının Rusiya üçün hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya BCM-nin Roma Statutunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir və BCM-dən gələn mümkün həbs reseptləri bizim üçün qanuni olaraq etibarsız olacaq”, Zaxarova söyləyib.

Bundan əvvəl “The New York Times” BCM-in Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı Rusiyaya qarşı iki iş açmağı planlaşdırdığını yazıb.

Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Kreml isə bəyan edib ki, Moskva BCM-in qərarını tanımır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə