Moldova rusiyalı diplomatı ölkədən çıxarır

Dünya

01.08.2024 - 17:46

cedabet dərman SEO Xidməti

Hərbi attaşe köməkçisi ölkəni tərk etməlidir

Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşı “persona non grata” elan edilib. AYNA xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Rəsmi Kişinyov izah edib ki, ölkənin hakimiyyət orqanları rus diplomatının öz ərazisində diplomatik statusa uyğun olmayan hərəkətlər həyata keçirdiyinə dair məlumat və sübutlar alıb.

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Kişinyovda XİN-ə. Onun sözlərinə görə, söhbət “müəyyən vaxt ərzində” ölkəni tərk etməli olan hərbi attaşe köməkçisindən gedir.

Bu arada Moldova Parlamentinin hüquq şöbəsinin həbsdə olan rəhbəri İon Kreanqa tutduğu vəzifədən uzaqlaşdırılıb.

Ötən gün Moldova Parlamentində axtarış aparılıb. Moldova mətbuatının yazdığına görə, Kreanqa dövlətə xəyanət və Rusiya üçün casusluq işində əli var.

İyulun 31-də Moldova Korrupsiyaya Qarşı Mübarizə və Xüsusi İşlər üzrə Prokurorluğu parlament katibliyinin əməkdaşı və sərhəd polisi əməkdaşının saxlanması barədə məlumat yayıb. Parlament əməkdaşı 2023-cü ildən Moldovanın maraqlarına zidd istifadə oluna biləcək məlumatları toplayıb xarici səfirliyin əməkdaşına ötürdüyünə görə dövlətə xəyanətdə, sərhəd xidmətinin əməkdaşı isə Moldovaya qarşı sui-qəsddə şübhəli bilinir.

Prokurorluq hansı ölkənin səfirliyinə istinad edildiyini dəqiqləşdirmir. Eyni zamanda, Moldova mediası hər iki məmurun Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşı ilə görüşdüyünü və pul mükafatı üçün ona məlumat ötürdüyünü göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş