Misir Qəzza zolağında iki qaçqın düşərgəsi yaradacaq

Dünya

25.02.2024 - 16:45

Düşərgə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşəcək

Misir hakimiyyəti Qəzza zolağında fələstinli qaçqınlar üçün iki düşərgə tikməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Düşərgə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşəcək, 400 çadırdan ibarət olacaq və 4 min nəfəri qəbul edəcək.

Mənbələrin bildirdiyinə görə, qaçqınlar elektrik enerjisi və tualetlə də təmin olunacaqlar.

Kanalın həmsöhbətləri əlavə ediblər ki, Misir həmçinin Fələstinin Rəfah şəhərində səhra xəstəxanası və Qəzza zolağında Deyr əl-Bələh şəhərinin şimalında başqa bir düşərgə tikməyi planlaşdırır.

Müəllif: Ayna.az