Misir Prezidenti Azərbaycana gəlib

Xəbərlər

27.01.2023 - 15:28

Əbdülfəttah Əs-Sisini rəsmi şəxslər qarşılayıblar

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

AYNA xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Misir Prezidenti Azərbaycana gəlib
Müəllif: Ayna.az