Ermənistan xarici işlər naziri Nyu-Yorka işgüzar səfər edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.