Mingəçevirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Xəbərlər

13.01.2023 - 21:49

cedabet dərman SEO Xidməti

Avtomobildəki sərnişinlərdən biri aldığı xəsarətlərdən hadisə yerində ölüb

Mingəçevir şəhəri, Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən xəbərə görə, qəza nəticəsində hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş