Vasif Talıbov şura sədri oldu

Xəbərlər

14.09.2019 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib

 

Bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb. AYNA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi aşağıdakı kimidir:

 

Şuranın sədri

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri.

 

Şuranın üzvləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri;

 

AMEA Naxçıvan Bölməsinin sədri;

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri;

 

Naxçıvan Dövlət Universitetinin rektoru.

Müəllif: Ayna.az