Yaralı Bakıdakı özəl tibb müəssisələrinin birinə təxliyə olunub
Aprelin 6-ı 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.