Mina axtarışları zamanı insan sümükləri aşkarlanıb

Xəbərlər

02.03.2023 - 12:57

cedabet dərman SEO Xidməti

Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olduğu ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş