“Min bir gecə”də nöqsanlar aşkarlanıb

Xəbərlər

17.03.2023 - 16:13

Sahibkar barəsində inzibati protokol tərtib edilib

Samuxda fəaliyyət göstərən “Min bir gecə” şadlıq sarayında nöqsanlar aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Rəhimov Səyavuş Qoşqar oğluna məxsus şadlıq sarayında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı, istehlakçılara təqdim edilən müxtəlif növ qida məhsullarının üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az