Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib

İdman

19.12.2022 - 02:45

Həkimlər Klinikalar SEO Xidməti

O, mundialda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

AYNA xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş