Koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur
Türkiyənin "Yeni Malatyaspor" klubunun 6 üzvü koronavirusa yoluxub.
AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hakkı Çelikel məlumat verib.
Onun sözlərinə görə, koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.