UEFA ofsaydla bağlı yenilik gətirir

İdman

07.03.2020 - 03:36

"Xətləri daha qalın çəkmək lazımdır"


UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:

 

“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundankənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xətləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".

 

Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib.

Müəllif: Ayna.az