Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var

Xəbərlər

14.09.2022 - 12:37

cedabet Klinikalar SEO Xidməti

“Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur”

"Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq". AYNA xəbər verir ki, bu fikirlər TƏBİB-in yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur: “Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq. Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş