Piyadalara növbəti müraciət

Xəbərlər

06.05.2026 - 14:15

Nizamlanan piyada keçidlərində nizamlayıcını diqqətə almadıqda qəza baş verəcək

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara növbəti dəfə müraciət ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, bu barədə NİİM-dən bildirilib.

Müraciətdə qeyd olunub ki, nizamlanan piyada keçidlərində nizamlayıcını diqqətə almadıqda qəza baş verəcək. Piyada vurulması ilə nəticələnən qəzaların bir hissəsi də piyadaların nizamlanan piyada keçidlərindən düzgün istifadə etməməsi səbəbindən baş verir.

“Piyadalar bilməlidirlər ki, işıqforun piyada bölməsində onlar üçün qırmızı işıq yandıqda yolu keçməməlidirlər və bu, həyat üçün olduqca təhlükəlidir. Onlar üçün piyada bölməsində yaşıl işıq yandıqda və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. Əks halda, qəzaların baş verməsi qaçılmaz olacaq”,- deyə müraciətdə qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş