Türkiyə Estoniyaya beş F-16 qırıcı təyyarəsi yerləşdirəcək

Dünya

27.07.2026 - 14:19

Estoniyaya 181-ci Eskadrilyadan 76 nəfərlik heyət də göndəriləcək

Türkiyə NATO-nun Baltik Hava Polisi missiyasında iştirak etmək üçün Estoniyaya beş F-16 qırıcı təyyarəsi və 181-ci Eskadrilyadan 76 nəfərlik heyət göndərəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

"Bu missiya NATO-nun şərq cinahının müdafiəsində böyük strateji əhəmiyyətə malikdir. Bu, Türkiyənin beynəlxalq çəkindirmə qabiliyyətlərinin gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətinə və strateji potensialının artırılmasına əhəmiyyətli töhfə verəcək", - deyə Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdəmir "Anadolu" agentliyinə bildirib.

"Hürriyet"in məlumatına görə, avqust-noyabr ayları arasında növbələşəcək missiya öz qırıcı təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanında polis nəzarətini əhatə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş