"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı”
Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost deyib.
"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – deyə köməkçisi bildirib.