Şair Əli Vəkil vəfat edib

Mədəniyyət

07.02.2022 - 16:32

84 yaşlı şair bu gün dünyasını dəyişib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib. AYNA xəbər verir ki, bu barədə AYB məlumat yayıb.

Qeyd olunub ki, 84 yaşlı şair bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Orada Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb.

Onun ilk şeirləri “Sovet Ermənistanı”, “Ədəbi Ermənistan” almanaxında çap olunub. İlk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görüb. “Sona bulağı” kitabı şairin oxucularla ilk görüşü olur. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.

Müəllif: Ayna.az