Əraqçi BMT-ni Xəzərdə İran gəmisinə edilən hücuma reaksiya verməyə çağırıb

Dünya

26.07.2026 - 18:25

“Hücumda məsul olanlar, eləcə də onları dəstəkləyənlər məsuliyyətə cəlb olunmalıdır”

İranın xarici işlər naziri Abbas Əraqçi BMT və Avropa İttifaqını Xəzər dənizində İran ticarət gəmisinə edilən hücumu qiymətləndirməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İran xarici işlər nazirinin sözlərinə görə, “hücumda məsul olanlar, eləcə də onları dəstəkləyənlər məsuliyyətə cəlb olunmalıdır”.

Əraqçi BMT Təhlükəsizlik Şurasının, Aİ-nin və beynəlxalq ictimaiyyətin qəti cavab verməli olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş