Zamin Əliyev Azərbaycanın İstanbulda, Qoşqar Zeynalov Qarsda baş konsulu təyin olunub
Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.