Əhməd əl-Şaraa: "Suriyanın Livana hərbi müdaxilə planı yoxdur"

Dünya

27.07.2026 - 09:08

"Biz böhranın həlli üçün hərtərəfli yanaşma üzərində Livan hökuməti ilə koordinasiyalı şəkildə çalışırıq"

“Livanlılara ölkələrinə sülh və sabitlik gətirəcək bir həll yolu tapmağa kömək etməyə sadiqik”. AYNA.AZ bildirir ki, bu sözləri Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şaraa deyib.

Siyasətçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə "Suriyanın Livana hərbi müdaxilə planı yoxdur" deyib.

"Biz böhranın həlli üçün hərtərəfli yanaşma üzərində Livan hökuməti ilə koordinasiyalı şəkildə çalışırıq", - Prezident vurğulayıb.

Əl-Şaraanın sözlərinə görə, livanlıların "təhlükəsizlik sahilinə" çatmasına imkan verəcək bir həll yolu tapılmalıdır, çünki "Livandakı xaos birbaşa Suriyaya təsir edəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş