Kim Çen Inın bacısı: “Şimali Koreyanın nüvə statusu istəyi qətidir”

Dünya

27.07.2026 - 16:06

“Şimali Koreyanın nüvə potensialı fasiləsiz olaraq daim təkmilləşdiriləcək"

“Şimali Koreyanın nüvə dövləti statusu istəyi qəti və dönməzdir. Ölkənin nüvə potensialı davamlı olaraq gücləndiriləcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jong deyib.

"Kimin nə deməsindən asılı olmayaraq, Koreya yarımadasında və ondan kənarda qüvvələrin bərabərliyini təmin edən və geosiyasi təhlükəsizliyi təmin edən Şimali Koreyanın məsuliyyətli nüvə dövləti kimi mövcudluğunun statusu və əhəmiyyəti qəti və dönməzdir. Şimali Koreyanın nüvə potensialı fasiləsiz olaraq daim təkmilləşdiriləcək", - deyə o vurğulayıb.

Bəyanat, ASEAN Regional Forumu sədrinin Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə çağıran sənədinə cavabdır.

Kim Yo-jong forumun mövqeyindən "ciddi narazılığını" bildirib və qətiyyətlə rədd edib.

Kim Yo Çenq yekun olaraq bildirib: "Bizim mövqeyimiz ardıcıl və aydındır: nüvə silahından çəkindirmə dövlətin suverenliyi üçün etibarlı bir qalxan və dövlət gücünün qorunması üçün ən yaxşı zəmanətdir".

Qeyd edək ki, ASEAN Regional Forumu (ARF) Asiya-Sakit Okean bölgəsində siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün forum rolunu oynayır. Onun işində ASEAN ölkələri və tərəfdaş dövlətlər iştirak edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş