Madrid və Aviladakı yanğınlar 45 min hektardan çox ərazini əhatə edib: alov hələ də söndürülməyib
İspaniyada 121 mindən çox insan böyük meşə yanğınları səbəbindən təxliyə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Bildirilib ki, təxliyə edilənlərin böyük əksəriyyəti Madrid, Kastiliya və Leon muxtar icmasının Avila əyalətinin sakinləridir. Qalanları isə Kastelyon (Valensiya muxtar icmasının) və Toledo (Kastilya-La-Mança muxtar icmasının) əyalətlərinin sakinləridir.
Madrid və Aviladakı yanğınlar 45 min hektardan çox ərazini əhatə edib. Alov hələ də söndürülməyib.
Daha əvvəl ölkə hakimiyyəti meşə yanğınları səbəbindən Madrid muxtar icmasında, eləcə də Avila və Toledo əyalətlərində fövqəladə vəziyyət elan etmişdi.