“Əgər amerikalılar bir daha İsrailin təxribatına uysalar, hava zərbələri vurmaqda israr etsələr...”
İran ordusu ABŞ-nin hava zərbələrini bərpa edəcəyi təqdirdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran ordusunun sözçüsü Məhəmməd Əkrəmniya rəsmi televiziya kanalına müsahibəsində deyib.
“Əgər amerikalılar bir daha İsrailin təxribatına uysalar və ya onun tərəfini tutaraq, müharibəni davam etdirməkdə, xüsusilə hava zərbələri vurmaqda israr etsələr, müharibə daha da genişlənəcək”, - deyə qeyd edib.