Bakıda güclü külək əsəcək
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.