Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verib

Xəbərlər

10.11.2022 - 21:49

cedabet dərman SEO Xidməti

Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

AYNA-nın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş