Somali Milli Telekommunikasiya İdarəsi İlon Maskın “Starlink” şirkətinə lisenziya verib
Somali Milli Telekommunikasiya İdarəsi İlon Maskın “Starlink” şirkətinə lisenziya verib. İndi şirkət ölkədə xidmət göstərməyə başlaya bilər.
AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, Moqadişuda (Somalinin paytaxtı) keçirilən mərasimdə hökumət rəsmiləri və Maskın şirkətinin nümayəndələri iştirak ediblər.
“Starlink”in rəsmiləri bildiriblər ki, tezliklə peyk xidmətləri bütün ölkə üzrə istifadəyə veriləcək.
Öz növbəsində, Telekommunikasiya İdarəsinin direktoru Mustafa Yasin Şeyx bildirib ki, “Starlink”in Somali bazarına daxil olması bütün ölkədə internet xidmətlərinin göstərilməsi səylərinə töhfə verəcək.
“Bloomberg” qeyd edib ki, Somalinin artıq bir neçə internet kabeli var və “Starlink” peyk xidmətinin əlavə edilməsi ölkənin daha ucqar əraziləri ilə əlaqəni genişləndirəcək.