Martın 18-də koronavirusa qarşı 229 nəfər peyvənd olunub

Xəbərlər

19.03.2023 - 05:11

Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Martın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 229 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, gün ərzində birinci doza üzrə vurulan peyvəndlərin sayı 89, ikinci doza vaksinlərin sayı 44, üç və daha çox doza vaksinlərin sayı 80, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 16-dır.

Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı 13 milyon 952 min 706, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 557, ikinci mərhələ üzrə 4 milyon 879 min 686, üç və daha çox doza peyvbəndlərin sayı 3 milyon 401 min 603, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 265 min 860-dır.

Müəllif: Ayna.az