Marketdə nöqsanlar aşkarlanıb

Xəbərlər

07.04.2023 - 13:24

cedabet dərman SEO Xidməti

Yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, İsmayıllı şəhəri, H.Əliyev prospektində fiziki şəxs Hacıyev Oqtay Ələddin oğluna məxsus marketdə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, yararlılıq müddəti ötmüş mallar üçün xüsusi yerin ayrılmadığı, unlu məmulatların müvafiq rəflərdə saxlanılmadığı, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı, bəzi məhsulların birbaşa döşəmənin üzərində saxlanıldığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş