MAQATE rəhbəri Tehran səfərinə hazırlaşır

Dünya

14.04.2025 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda səfərin təfərrüatları, gündəliyi və görüşləri razılaşdırılır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bu həftə Tehrana səfər edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tehranda keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Beqayi deyib.

Onun sözlərinə görə, MAQATE baş direktorunun Tehrana səfəri ilə bağlı razılıq əldə olunub: hazırda səfərin təfərrüatları, gündəliyi və görüşləri razılaşdırılır.

Beqayi Qrossinin Tehrana səfəri ilə bağlı bir sıra logistik məsələlərin həll ediləcəyini bildirib.

Qeyd edək ki, 2020-ci ilin sonunda İran Parlamenti İrana qarşı sanksiyaların tətbiq edildiyini əsas gətirərək, sanksiyaların aradan qaldırılması məqsədi ilə nüvə sahəsində strateji planın həyata keçirilməsinə qərar verib. İran Parlamentinin qərarı ilə fevralın 23-dən etibarən nüvə sazişində nəzərdə tutulan əlavə addımların və əlavə protokolun icrasını dayandırıb. Eyni zamanda, MAQATE-nin nəzarət mexanizmi 20-30% azaldılıb.

Rəsmi Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan etməkdə davam edir və ölkənin nüvə silahı yaratmağa çalışmadığını vurğulayır.

Xatırladaq ki, martın 3-də MAQATE-nin Direktorlar Şurasının iclasında agentliyin baş direktoru Rafael Qrossi İranın əvvəlki rüblə müqayisədə zənginləşdirilmiş uranın həcmini 182 kiloqramdan 60 faizə, 275 kiloqrama çatdırdığını bildirib. İran yeganə qeyri-nüvə dövlətidir ki, uranı bu səviyyəyə qədər zənginləşdirir. Və bu, ciddi narahatlıq doğuran məsələdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş