MAQATE: İranın nüvə obyektlərinə zərər dəyməyib

Dünya

19.04.2024 - 15:11

“MAQATE vəziyyəti nəzarətdə saxlamaqda davam edir”

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin raket zərbəsi nəticəsində İranın nüvə obyektlərinə heç bir ziyanın dəymədiyini təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə MAQATE-nin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

MAQATE-nin baş direktoru Rafael Qrossi nüvə obyektlərinin hərbi münaqişələrdə hədəfə çevrilməməli olduğunu qeyd edərək tərəfləri təmkinli olmağa çağırıb.

“MAQATE vəziyyəti nəzarətdə saxlamaqda davam edir”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az