"Mançester Yunayted" koronavirusa görə bazasını bağlayıb

İdman

13.12.2021 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

İngiltərənin bəzi klublarında yoluxma hallarının sayı xeyli artıb

İngiltərənin "Mançester Yunayted" klubu təlim-məşq bazasını bağlayıb.

AYNA-nın məlumatına görə, buna son vaxtlar ölkədə koronavirusun "Omikron" ştamının yayılması səbəb olub.

Bu üzdən "qırmızı şeytanlar"ın bazası ən azı 24 saat qapalı qalacaq.

Qeyd edək ki, İngiltərənin bəzi klublarında yoluxma hallarının sayı xeyli artıb. Son olaraq, "Aston Villa"da bir neçə klub əməkdaşı və futbolçunun koronavirus testi müsbət çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş