Makron Putinlə birbaşa əlaqədədir: “Bu kanalı saxlamaq lazımdır”

Dünya

05.12.2022 - 13:29

“Hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu birbaşa kanalı saxlamaqdır”

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxladığını açıqlayıb.

AYNA xəbər verir ki, Fransa Prezidenti CBS telekanalına müsahibəsində Putinlə müntəzəm müzakirələr və birbaşa əlaqə saxlamağın vacib olduğunu söyləyib: “Hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu birbaşa kanalı saxlamaqdır”.

Fransa lideri qeyd edib ki, bu vəziyyətdə “təcrid ən pis şeydir”.

Bundan əvvəl Makron Putinlə danışıqlar aparmaq və digər məsələlərlə yanaşı, Ukraynada mülki nüvə enerjisi məsələlərini də müzakirə etmək niyyətində olduğunu bəyan edib.

Eyni zamanda, Makron Putinlə telefon danışığından əvvəl ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 30-da Fransa Prezidenti amerikalı həmkarı ilə danışıqlar aparmaq üçün ABŞ-a beş günlük dövlət səfəri edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə