Görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir
Fevralın 1-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.