Macarıstan Prezidenti Katalin Novak istefa verib

Dünya

10.02.2024 - 21:57

Katalin Novak: "Mən səhv etdim"

Macarıstan prezidenti Katalin Novak istefa verib. AYNA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilir ki, Macarıstan Prezidenti pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.

"Mən səhv etdim", - Novak Milli Televiziyada çıxışında deyib. O qeyd edib ki, fevralın 10-u onun Prezident kimi Macarıstan vətəndaşlarına son günüdür.

Macarıstanın bütün müxalifət partiyaları Novakın istefasını tələb ediblər.

Müəllif: Ayna.az