London derbisini “Arsenal” qazanıb

İdman

01.05.2022 - 22:03

Həkimlər Klinikalar SEO Xidməti

“Topçular” “Vest Hem”i bir top fərqi ilə məğlub edib

İngiltərə Premyer Liqasının 35-ci turunda daha bir matç yekunlaşıb.

AYNA xəbər verir ki, Londonda turnir cədvəlinin ön sıralarında qərarlaşan iki yerli komanda “Vest Hem”lə “Arsenal” üz-üzə gəlib.

“Topçular” bir top fərqi ilə də olsa, rəqibini üstələməyi bacarıblar - 2:1.

Qeyd edək ki, turun dünənki oyunlarında “Liverpul” “Nyukasl Yunayted”ə 1:0, “Mançester Siti” “Lids”ə 4:0 hesabı ilə qalib gəlib. Bazar günü isə “Çelsi” səfərdə “Everton”a uduzub - 0:1.

Tura bazar ertəsi “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş