Baş nazirin başçılıq etdiyi hökumət enerjisi təchizatını bərpa etmək üçün Misir və İordaniya ilə danışıqlar aparır
Livanda yenidən elektrik enerjisi böhranı baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, yanvarın 8-də yanacaq təchizatında yaranmış fasilədən sonra əhali elektrik stansiyalarına, transformatorlara hücum edərək avadanlıqları dağıdıb.
Nəticədə paytaxt Beyrut da daxil olmaqla, ölkənin bütün şəhərləri qaranlığa qərq olub. Artıq 20 saatdan çoxdur ki, Livan işıqsız qalıb.
Hazırda Baş nazir Nəcib Mikatinin başçılıq etdiyi hökumət elektrik enerjisi təchizatını bərpa etmək üçün Misir və İordaniya ilə danışıqlar aparır.
Polis qüvvələri tərəfindən əhalinin hücumuna məruz qalan elektrik stansiyalarının mühafizəsi gücləndirilib.
Qeyd edək ki, anoloji hal ötən ilin avqustunda da baş vermişdi.