Litvada rus məktəbləri bağlanacaq

Dünya

05.01.2024 - 18:32

cedabet dərman SEO Xidməti

“Uşaqlar bölünərək böyüyürlər və Litvada inteqrasiya etmək daha çətin olur”

Litvada rus dilində təhsil dayandırıla bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin təhsil naziri Gintautas Jakstas deyib.

“Biz başa düşürük ki, uşaqlar bölünərək böyüyürlər və Litvada inteqrasiya etmək daha çətin olur. Mənə elə gəlir ki, gələcəkdə rus azlıqları üçün məktəblər olmasa, hamı üçün daha yaxşı olar”, - Litva Təhsil Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırda ölkə hakimiyyəti qanunvericilik bazasını qiymətləndirir.

Bununla yanaşı, Jakstas vurğulayıb ki, rus məktəbləri dərhal bağlanmamalıdır: “Bu, mərhələli şəkildə edilməlidir. Eyni zamanda, tədris dilinin dəyişdirilməsi zəruridir”.

Bundan əvvəl Litvanın təhsil, elm və idman naziri Yurqita Şuqzdinene ölkədəki məktəblilərin əksəriyyətinin rus dilini ikinci xarici dil kimi öyrənmək istəyini anormal hal hesab edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş