Lavrov: “Rusiya Zelenskinin sülh planı ilə razılaşa bilməz”

Dünya

18.01.2023 - 15:25

cedabet dərman SEO Xidməti

Rusiyanın XİN başçısı Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”ın məqsədinin bəlli olduğunu deyib

“Rusiya Ukrayna Prezidentinin sülh təşəbbüsləri ilə razılaşa bilməz”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Volodimir Zelenski “Böyük yeddilik” ölkələrinin liderlərinə müraciətdə 10 bənddən ibarət plan təqdim edib. Bu plana ərzaq, enerji təhlükəsizliyi, Rusiya qoşunlarının hər yerdən çıxarılması və sair tələblər daxil idi. Bu plan qəbul edilməzdir”, - nazir qeyd edib.

Rusiyanın XİN başçısı Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”ın məqsədinin bəlli olduğunu vurğulayıb: “Avropa Ukrayna ərazisindən Rusiyaya qarşı plasdarm kimi istifadə etmək istəyirdi. Eyni zamanda, Ukraynada rusdilli əhalinin hüquqları pozulurdu. Rusiya buna imkan verə bilməzdi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş