Latviya XİN rəhbəri: "Rusiya hazırda NATO ölkələrinə təhlükə yaratmır"

Dünya

03.05.2024 - 01:35

“Rusiya hazırda NATO ölkələrinə təhlükə yaratmır”.

AYNA xəbər verir ki, bu fikri Latviyanın xarici işlər naziri Bayba Braze Ukraynanın “European Pravda” nəşrinə müsahibəsində vurğulayıb

“Hazırda Rusiya NATO ölkələrinə birbaşa hərbi təhlükə törətmir. Amma hipotetik olaraq hər şey mümkündür. Odur ki, müdafiə sahəsinə vəsait ayrılması, eləcə də təlimlərin keçirilməsi lazımdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın NATO ilə döyüşmək niyyəti ilə bağlı Qərbdə vaxtaşırı verilən bəyanatları cəfəngiyyat adlandırıb.

Müəllif: Ayna.az