Pakistanın ikinci ən böyük şəhərində çirkləndiricilərin konsentrasiyası tarixi maksimum həddə çatıb
Pakistanın ikinci ən böyük şəhəri Lahorun havasında çirkləndiricilərin konsentrasiyası tarixi maksimum həddə çatıb. AYNA xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.
Bildirilib ki, artıq bir neçə gündür ki, 14 milyon əhalisi olan metropolis işlənmiş tüstülərdən, yanan kənd təsərrüfatı tullantılarından çıxan tüstüdən yaranan qatı dumanla örtülüb.
Beynəlxalq hava keyfiyyətinin monitorinqi xidməti IQAir-in məlumatına görə, Lahorda havanın keyfiyyəti indeksi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyədən 300 dəfə yüksək olan 1067 rekord həddə çatıb.
Ölçmələr göstərib ki, zərərli PM2.5 mikrohissəciklərinin konsentrasiyası 610 pik həddinə yüksəlib ki, bu da icazə verilən 15-dən 40 dəfə çoxdur.
ÜST-nın məlumatına görə, çirkli havaya uzun müddət məruz qalma insult, ağciyər xərçəngi, tənəffüs yolları xəstəlikləri və ürək xəstəliklərinə səbəb olur.
Əvvəlki araşdırmalar göstərib ki, Lahorda havanın çirklənməsi onun sakinlərinin ömrünü orta hesabla 7,5 il azaldır.