Laçın yolunda aksiya keçirilən yerdən sülhməramlıların üç avtomobili maneəsiz keçib

Xəbərlər

28.12.2022 - 11:18

cedabet dərman SEO Xidməti

Təminat kolonu Xankəndidən Laçın istiqamətinə hərəkət edib

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

AYNA xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 2 yük və 1 minik avtomobilindən ibarət təminat kolonu Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş