Laçın istiqamətində Ermənistana məxsus PUA ələ keçirilib - VİDEO

Xəbərlər

27.09.2022 - 20:32

Pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə yerə endirilib

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Müəllif: Ayna.az