Küveytin Baş naziri Azərbaycan Prezidentinə başsağlığı verib

Xəbərlər

08.01.2025 - 12:27

cedabet dərman SEO Xidməti

Əhməd Abdullah əl-Əhməd əl-Sabah İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

AYNA-nın xəbərinə görə, məktubda deyilir: "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş