Əcnəbi vətəndaş qanunsuz ov edib
Saatlı rayonu ərazisində əcnəbi vətəndaş saxlanılıb. AYNA xəbər verir ki, saxlanılma Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qanunsuz ov etməyə qarşı keçirilən növbəti nəzarət tədbirləri zamanı baş verib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyənləşib.
"Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”, - Xidmət rəsmisi söyləyib.