Kürün aşağı axınında suyun səviyyəsi azalıb

Xəbərlər

23.01.2023 - 11:46

cedabet dərman SEO Xidməti

Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb

Yanvarın 23-də Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsi 2, Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr artıb. Təngərüdçayın Vaqo və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi 150 kubmetr/saniyə təşkil edir ki. Bu da ongünlük normanın 96 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 14 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 23,8 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 36 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 39 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 136 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 24 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 74 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 183 santimetr təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 7 santimetr azalaraq 120 santimetr olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş