Kürdəmirdə yanğın olub - VİDEO

Hadisə

27.05.2024 - 17:03

Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş verdiyi və hər an bitişik evə keçmə riskinin olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 30kv.m. sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Müəllif: Ayna.az